Tarix: 04-12-2017 | Saat: 17:15
Bölmə:Karusel | çapa göndər
Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən Beynəlxalq Hərbi Tibb Komitəsinin 42-ci Ümümdünya Konqresində Azərbaycan bu komitənin tam hüquqlu üzvü seçilib.
"Qarabaginfo.az" xəbər verir ki, Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev isə Beynəlxalq Hərbi Tibb Komitəsində Azərbaycanın Milli nümayəndəliyinin rəhbəri təyin edilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə və Böyük Britaniyadan olan həmkarları ilə görüşləri keçirilib. Tərəflər bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, 1921-ci ildə Belçika Krallığında yaradılan Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi təbabət sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis edilib.
Hazırda 112 dövlətin üzv olduğu Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübəmübadilələrini təşviq etməkdir.
Digər xəbərlər