Tarix: 18-01-2023 | Saat: 15:03
Bölmə:Karusel | çapa göndər
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnını gecikdirmədən azad etməyə çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin Navalnının həbsinin ikinci ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
Mariya Pejcinovic-Buric xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi Aleksey Navalnının azadlığa buraxılması barədə qərar çıxarıb, lakin müxalifətçi hələ də “ağır şəraitdə” həbsdədir. Avropa Şurasının baş katibi Navalnının həbsdə olarkən pis rəftara məruz qalması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.
“Rusiya hakimiyyətini onun dərhal bütün lazımi tibbi yardımla təmin olunmasını təmin etməyə çağırıram”, – Peyçinoviç-Buriç bildirib.
Aleksey Navalnı Vladimir vilayətinin Melehovo şəhərindəki 6 saylı koloniyadadır. Yanvarın əvvəlində vəkil Vadim Kobzev siyasətçinin səhhətinin pisləşdiyini bildirib.
Digər xəbərlər