Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə qazın verilişi yenidən dayanıb. 

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ərazisindən Qarabağa ötürülən yeganə qaz xəttində problem yaranıb. Bununla da ermənilərin qaz təchizatı yenidən dayandırılıb.

Məlumata görə, qaz xəttində problem 17 yanvar günorta saatlarından başlayıb. 

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin interneti və işığı da kəsilib.