Tarix: 04-01-2023 | Saat: 22:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Pirşağı sakinləri böyük sevinc içərisindədirlər.
Pirşaga qəsəbəsi Sabuncu rayonunun ən böyük qəsəbələrindən biridir. Bu qəsəbənin sakiləri uzun illər qəsəbədaxili yolların narahatlığından əziyyət çəkirdilər. Şagirdlərin məktəbə gedib-gəlmələrində, kənd adamlarının təsərrüfat işləri ilə sərbəst məşğul olmalarında bəzi sıxıntıları var idi. Bu günlərdə Pirşağa Bələdiyyəsi qəsəbə sakinlərinə şad xəbər verib. Belə ki, Pirşağa bələdiyyəsinin sədri Əfsanə xanım qəsəbə sakinlərinə bildirib ki, Sabunçu rayon İcra Haklmiyyətinin başçısı cənab Adil Vəliyevin imzası ilə qəsəbə Bələdiyyəsinə məktub daxil olub. Məktubda deyilir ki, Pirşağa qəsəbəsinin inzibatı ərazizinə daxil olan 14 qəsəbədaxili kücələr əsaslı təmir ediləcək.
2023-cü ilin planına daxil olunan bu layihə Pirşağalıların böyük sevincinə səbəb olub. Onu da qeyd edək ki, qəsəbənin Əmirxəlil döngəsi, bağlar küçəsinin, sakinləri daha böyük sevinc içindədir. Belə ki, qəsəbənin Əmirxəlil döngəsi, bağlar küçəsi adı çəkilən ərazinin ən böyük küçəsidir və ən çox da əsaslı təmirə ehtiyaçı olan kücədir. Küçədə yaşayan sakinlərin sayı da o biri küçələrdə yaşayan sakinlərin sayından xeyli çoxdur. Bu günlərdə qəsəbə sakinləri Mübariz Ağayev, Bəxtiyar İbrahimov, Emin Məmmədəliyev, Azər Məmmədəliyev, Malik Həsənov, Şahin İbrahimov və Yusuf İmanov Pirşağa Bələdiyyəsində olublar. Sakinlər öncə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, eləcə də cənab prezidentin etimadını daim doğruldan Sabuncu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev cənablarına minnətdarlıqlarını bildiriblər və 50 nəfərdən çox Pirşağa qəsəbə sakininin imzası ilə təsdiqlənmiş Minnətdarlıq məktubunun ünvanına çatdırılmasını Bələdiyyə sədrindən xahiş etmişlər.
Digər xəbərlər