Tarix: 04-01-2023 | Saat: 21:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Suqovuşan anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov Oxu.az-a deyib ki, Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləri ilə əlaqədardır.
“Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su anbarından buraxılan su həmin dib qapıları vasitəsilə Tərtər çayına axıdılır və təsərrüfatlara verilir”.(modern.az)
Tərtər rayonu ərazisindəki Suqovuşan anbarında suyun səviyyəsinin kəskin azaldığına dair məlumat və videogörüntü yayılıb.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdəki iddialara görə, bu, Qarabağdakı erməni separatçıların növbəti ekoloji terrorudur.
Suqovuşan anbarı Tərtərçay üzərində yerləşir. Bildirilir ki, çayın suyu erməni separatçıların nəzarətində olan Sərsəng su anbarı vasitəsilə azaldılıb.
Hələlik Azərbaycanın rəsmi qurumları Suqovuşanla bağlı xəbərə münasibət bildirməyib.
Xatırladaq ki, Suqovuşan anbarının yerləşdiryi eyni adlı kənd 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
Digər xəbərlər