Saytımızı qiymətləndirin


 
 

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı
Tarix: 30-12-2022 | Saat: 10:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Caliber.az-ın məlumatına görə, görüş zamanı UNİCEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub.

UNİCEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNİCEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, - qeyd etmişdi.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər