Ana Sayfa > Karusel / Siyasət > UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı


30-12-2022, 10:34. Yazar: Admin

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Prezident Administrasiyasına çağırıldı

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Caliber.az-ın məlumatına görə, görüş zamanı UNİCEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub.

UNİCEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNİCEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, - qeyd etmişdi.


Geri dön