Saytımızı qiymətləndirin


 
 

Qarabağ Rusiyanın əlində hər iki ölkəyə təsir etmək üçün alətdir - Fərid Şəfiyev
Tarix: 28-12-2022 | Saat: 12:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağ Rusiyanın əlində hər iki ölkəyə təsir etmək üçün alətdir - Fərid Şəfiyev

 

Qarabağ məsələsi Rusiyanın əlində hər iki ölkəyə təsir etmək üçün alətdir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.

 

F.Şəfiyev deyib ki, Ermənistan bu məsələdən öz xeyirinə istifadə etməyə çalışırdı:

 

"Əvvəl Ermənistan elə bilirdi ki, Rusiya onları dəstəkləyəcək. Amma son illərdə bunun əksini görürük. Tovuz hadisələrinə baxsaq görərik ki, onu Ermənistan tərəfi edib. Paşinyan belə bildirirdi ki, onlar Tovuzda qələbə çalıb. Amma buna qarşı Rusiyanın sərt mövqeyi oldu. İndi Ermənistan çalışır ki, Qarabağ məsələsini gündəlikdə saxlamaqla Qərb və Rusiyanı əldə saxlasın. Ermənistan tərəfi bundan başqa gözləyir ki, Qərb gəlib Ermənistanın iqtisadiyyatını düzəldəcək”.(Modern.az)



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər