Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı
Tarix: 22-07-2020 | Saat: 11:27
Bölmə:Karusel / Sosial | çapa göndər
504 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-07-2020 | Saat: 11:27
Bölmə:Karusel / Sosial | çapa göndər

Daxili İşlər Nazirliyində (DİN) paytaxt ərazisində qadının polis əməkdaşı - Zahir Abbasov tərəfindən şəxsi məlumatlarının əldə edilməsi ilə bağlı aparılan araşdırma yekunlaşıb.
Qarabaginfo.az xəbər verir ki, araşdırma nəticəsində Z.Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı qadın sosial şəbəkədə metronun “Koroğlu” stansiyasındakı keçiddən çıxarkən Z.Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona “messenger” vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazdığını bildirib. Qadının şikayətindən sonra DİN araşdırmalara başlamışdı.
Xəbəri paylaş
Digər xəbərlər
23-08-2022, 16:37
Ölkədə koronavirusla bağlı son vəziyyət
26-02-2022, 20:13
Rusiyalı komandir əsir götürüldü
13-06-2025, 07:49
Xameneinin müşaviri Şamxani İsrailin İrana hücumunda ağır yaralanıb
28-10-2025, 14:31
Əli Əsədov Belarusun Baş nazirinin müavini ilə görüşüb
29-11-2021, 14:53
Ermənistanla Fransa regiondakı vəziyyəti müzakirə etdi
3-02-2021, 10:29
Avronun manata qarşı məzənnəsi ikiaylıq minimuma enib
14-01-2022, 18:40
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
16-10-2025, 10:09
Ramiz Mehdiyevin halı pisləşib






" style="width: 670px; height: 340px;">









