Biləsuvardakı faciəyə səbəb WiFi modeminin partlaması imiş
Tarix: 21-12-2022 | Saat: 11:26
Bölmə:Karusel | çapa göndər
237 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-12-2022 | Saat: 11:26
Bölmə:Karusel | çapa göndər
Dünən Biləsuvarda evdə baş vermiş və 1943-cü il təvəllüdlü Nənələr Sərdar qızı Məmmədovanın ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Faciə ilə nəticələnən yanğının evdəki WiFi modeminin partlaması səbəbindən baş verməsi üzə çıxıb. Belə ki, mənzilin girişindəki aparat partlayaraq alovlandıqdan sonra yanğın divana keçib və evə yayılıb. Səhər yuxusunda olan ailə üzvləri çətinliklə mənzili tərk edə biliblər. Lakin 79 yaşlı N.Məmmədova içəridə qalıb və yanaraq həyatını itirib.
Hadisə nəticəsində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli, dördotaqlı ev tamamilə yanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, yanğın saat 05 radələrində şəhərin S.Rufullayev küçəsi 8 ünvanında qeydə alınmışdı.
Xəbəri paylaş
Digər xəbərlər
3-03-2021, 09:56
Qarabağda yeni həyat
28-04-2021, 12:13
Azərbaycanda ərzaq ucuzlaşa bilər - SƏBƏB
11-09-2020, 13:02
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.5 milyon manat ayrılıb
9-11-2020, 12:57
Rusiya Prezidenti dörd naziri vəzifəsindən azad edib
2-12-2020, 14:17
Azərbaycanda daha 3942 nəfər COVID-19-a yoluxub, 2265 nəfər sağalıb, 37 nəfər vəfat edib
19-01-2022, 20:11
Tovuzda qadın dəm qazından zəhərlənib















