Saytımızı qiymətləndirin


 
 

Rusiyanın energetika naziri: “Azərbaycan və İranla enerji sistemlərimizin birləşdirilməsi gücləndirilməlidir”
Tarix: 20-12-2022 | Saat: 21:56
Bölmə:Karusel / Manşet | çapa göndər

Rusiyanın energetika naziri: “Azərbaycan və İranla enerji sistemlərimizin birləşdirilməsi gücləndirilməlidir”

Rusiya, Azərbaycan və İran enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabyanla görüşündə bildirib.

 

Onun sözlərinə görə, layihədə əsas məsələ Rusiya və İranın enerji sistemlərinin etibarlılığı və onların işində sabitliyi təmin etməkdir.

Görüş zamanı tərəflər İranda Sirik istilik elektrik stansiyası layihəsinin hazırkı vəziyyətini müzakirə ediblər.

Eyni zamanda, İran tərəfi Rusiya enerji avadanlıqlarından, o cümlədən qaz turbinlərindən istifadə etməklə İranda istilik elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji mənbələrinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

“Rusiya şirkətləri qaz turbin texnologiyalarının ötürülməsi və onların birgə istehsalının yaradılması sahəsində iranlı tərəfdaşlarla əməkdaşlıqda maraqlıdır. Burada əməkdaşlıq üçün böyük potensial var”, - deyə Şulqinov deyib.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər