Tarix: 20-12-2022 | Saat: 21:43
Bölmə:Karusel / Manşet | çapa göndər
Ukrayna 2023-cü ildə GUAM-a sədrliyi dövründə məhsuldar və qətiyyətli liderliyə sadiqdir.
Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
“Mən bu il Moldovaya sədrliyi üçün təşəkkür edirəm və 2023-cü ildə Ukraynanın sədrliyi dönəmində üzv ölkələrin dəstəyini səbirsizliklə gözləyirəm. Hətta özünü Rusiyanın genişmiqyaslı təcavüzündən müdafiə edərək, Ukrayna gələn il GUAM-da qətiyyətli və məhsuldar liderlik həyata keçirmək əzmindədir”, - deyə Kuleba vurğulayıb.
O, Ukraynanın sədrliyi dövründə beş prioriteti açıqlayıb. Onlara GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması və Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşmanın tətbiqi daxildir.
Digər xəbərlər