Saytımızı qiymətləndirin


 
 

Zelenski Rusiyada "İsraili münaqişəyə cəlb etmək" niyyətinə görə Səddam Hüseynə bənzədildi...
Tarix: 19-10-2022 | Saat: 15:21
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski Rusiyada
"Vəziyyət ona görə uğurlu alınıb ki, həm İsrail Qərbyönümlü mövqedədir, həm də Ukraynanın başında duran etnik yəhudidir..."
"Kiyev özünü xilas etmək üçün Fələstin münaqişəsindən də istifadə etməyə qərar verib..."
 
"Ukraynanın İranla münasibətləri pozması üçün gerçək səbəbləri var..."
 
"Rusiya İrandan silah almaqla özü İsraili müəyyən mövqe tutmağa sövq edir..."
 
Ukraynalıların İsraildən silah tədarükünə nail olmaq cəhdləri barədə məlumatlarla əlaqədar olaraq Rusiya məkrli analogiyalar aparmağa və Ukrayna rəhbərliyini nüfuzdan salan nəzəriyyələr irəli sürməyə başlayıb.
 
Qarabaginfo.az xəbər verir ki, "Moskovski komsomolets" nəşrində dərc edillən məqalədən bu nəticəyə gəlmək mümkündür.
 
Kremlyönlü nəşr elan edib ki, "Kiyev rejimi, görünür, özünü xilas etmək üçün hər şeydən, o cümlədən Fələstin münaqişəsindən də istifadə etməyə qərar verib".
 
Məqalə müəllifi Viktor Jdanov iddia edir ki, İran Rusiyanı pilotsuz uçuş aparatları ilə təchiz etmir. Buradan o, belə nəticəyə gəlir ki, İranın ünvanına ittihamlar və onunla ixtilaflar yaratmaq "İsraili münaqişəyə cəlb etmək" üçün Kiyevin fitnəsidir.
 
"Aydındır ki, Zelenski rejimi qəsdən İranla münasibətləri tamamilə pozmağa və eyni zamanda İsraildən yardım istəməyə qərar verib. Ukrayna problemini Şərqə tərəf genişləndirməyə və ərəblərlə yəhudilərin, necə deyərlər, inteqrasiyasına stavka edilib. Bu zaman vəziyyət ona görə uğurlu alınıb ki, həm İsrail Qərbyönümlü mövqedədir, həm də Ukraynanın başında duran etnik yəhudidir", - məqalədə iddia edilir.
 
Daha sonra müəllif 1991-ci ildə Fars körfəzindəki müharibə ilə aydın olmayan analogiya aparır.
 
"Qələbəyə ümidini tamamilə itirən Səddam Hüseyn həmin gün Sovetlərin modifikasiya edilmiş P-17 raketlərilə İsrail ərazisinə zərbələr endirərək, onu müharibəyə cəlb etmək istəyib. Məqsəd iki dövlət arasında münaqişədən Fələstinə görə Yaxın Şərq ölkələri arasında qarşıdurmanın yeni dövrəsini törətməklə amerikalıların kartlarını çaşdırmaqdan ibarət olub. Bu niyyət özünü doğrultmadı, İsrail cavab vermədi. Hüseyn qoşunları darmadağın edildi, İraq diktatorunun faciəli sonluğu isə bəllidir. Zelenski yaxşı nümunəni təkrarlamağa qərar verib, çox yaxşı bir nümunəni...", - Jdanov yazıb.
 
Bu paraleli məntiqi sonluğa çatdırsaq, Rusiya burada ABŞ-la, Ukrayna İraqla bərabər tutulur, Küveyt rolunu isə, görünür, Donbas oynayır.
 
Bununla yanaşı, "Moskovski komsomolets" belə bir faktı görməzdən gəlir ki, Donetsk və Luqansk vilayətləri hələ sovet dövründən mübahisəsiz Ukrayna ərazisidir və sonradan bu, Rusiya ilə Ukrayna arasında müqavilə ilə təsdiq edilib.
 
Bundan başqa, İranın Rusiyaya silah tədarükü tamamilə aşkar olan faktdır. Belə ki, dünən İranın iki yüksək vəzifəli diplomatı "Röyter" xəbərlər agentliyinə müsahibələrində Tehranın Moskvaya kamikadze-dronların tədarük etməsini təsdiq edib, tezliklə oraya qısa mənzilli ballistik raketlər göndəriləcəyini bəyan edib.
 
Vurulan dronların hissələrinin İsrail mütəxəssisləri tərəfindən "Şəhid-136" ya məxsus olduğu sübut edilib. Ona görə də Ukraynanın İranla münasibətləri pozması üçün saxta deyil, gerçək səbəbi var.
 
Rusiya İrandan silah almaqla və bununla da onun hərbi-sənaye kompleksini möhkəmlətməklə, özü İsraili müəyyən mövqe tutmasına sövq edir, bundan da ukraynalılar dərhal istifadə edib.
 
Bununla yanaşı, Ukrayna, çətin ki, "münaqişəni Şərqə doğru genişləndirmək" və "onu ərəblərlə yəhudilərin qarşıdurması ilə inteqrasiya etmək" imkanına malikdir.
 
İndi 90-cı illər deyil, İran da İraq deyil. Ərəb ölkələri Ukrayna savaşına görə İsraillə dalaşmayacaq, çünki özlərinin də bu savaşda mövqeləri bəlli deyil və İrana simpatiyaları yoxdur. Əksinə, ərəb dünyasının İsraillə indiki yaxınlığı farslara qarşı ümumi düşmənçiliyə əsaslanıb.(moderator.az)


Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər