“Qarabağdakı Rusiya sülhməramlı qrupu bir neçə saata məhv edilə bilər...”-Erməni politoloq
Tarix: 20-12-2022 | Saat: 10:11
Bölmə:Karusel / Qarabağ / Region | çapa göndər
1220 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-12-2022 | Saat: 10:11
Bölmə:Karusel / Qarabağ / Region | çapa göndər

"Əgər Rusiya Azərbaycana qarşı uğurlu hərbi əməliyyat keçirmək istəsə, Dağıstandan, ən azı, 300 min hərbçi ilə girməli olacaq. Amma Rusiya bu gün Ukrayna cəbhəsindən nəinki 100 min, heç 10-20 min əsgərini də çıxarıb başqa yerə göndərmək iqtidarında deyil..."
“Təəssüf ki, çoxları başa düşmək istəmir ki, siyasətdə Rusiya Federasiyasının Bakıya zəng edib hədə-qorxu gəlməsi və ya Azərbaycanı nəyəsə məcbur etməsi alına bilməz. O dövrlər keçdi; indiki Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, kifayət qədər döyüş qabiliyyətinə malik ordu yaratmağı bacaran, kifayət qədər uğurlu müttəfiqlərlə - Türkiyə, Pakistan, İsrail və Böyük Britaniya ilə əhatə oluna bilən tamam başqa bir dövlətdir".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın News.am nəşrinin müxbirinə müsahibəsində politoloq Argişti Kiviryan söyləyib.
Moskvanın Azərbaycana qarşı hansı rıçaqları olması haqda suala o, belə cavab verib:
“Qlobal miqyasda Kremlin üç yolu var: biri diplomatiya, ikinci - hərbi yol, üçüncüsü isə hibrid addımlardır. Rusiya Federasiyası Ukraynada özü üçün ölümcül əhəmiyyət kəsb edən müharibə aparır. Masanın üstündə varlıq və yoxluq məsələsi var. Rusiyanın Qarabağda 2 minə yaxın sülhməramlısı, Ermənistandakı Gümrü hərbi bazasında isə təxminən 4-5 min əsgəri var. Bu, Azərbaycana qarşı hərbi əməliyyatların aparılması üçün gülünc rəqəmdir. Atışma və qarşıdurmaların növbəsi gələrsə, həmin sülhməramlılar qrupu bir neçə saat ərzində məhv ediləcək. Rusiya hərbi bazasının əsgərləri Ermənistandan köməyə gəlsə belə... Əgər Rusiya Azərbaycana qarşı uğurlu hərbi əməliyyat keçirmək istəsə, Azərbaycana Dağıstandan girməli olacaq. Yəni ən azı 300 min hərbçi öz sülhməramlılarını qorumaq üçün Dağıstandan Qarabağa keçməlidir. Rusiya isə bu gün Ukrayna cəbhəsindən nəinki 100 min, heç 10-20 min əsgərini də çıxarıb başqa yerə göndərmək iqtidarında deyil. Rusiya Dağıstan istiqamətində hücuma keçmək üçün bu qədər əsgər yığsa belə, həmin yerə çatmazdan əvvəl sülhməramlılar, Qarabağ əhalisi və yəqin ki, Sünik(Zəngəzur-S.L.) məhv ediləcək. Ukraynadakı vəziyyət belə davam etdikcə, Moskvanın kəskin addımlardan qaçacağı aydındır”.
Diplomatik cəbhəyə gəlincə, Kiviryanın sözlərinə görə, Azərbaycan bu cəbhədə də özünü çox güclü hiss edir. Xüsusən də Ukraynadakı müharibə səbəbindən Rusiya Azərbaycan-Türkiyə dünyasından asılı vəziyyətə düşüb. Onun sözlərinə görə, Azərbaycan yaxşı başa düşür ki, Moskva ondan asılıdır, təbii ki, Türkiyədən daha çox asılıdır, lakin Türkiyədən asılılıq müəyyən dərəcədə Azərbaycandan asılılığa qədər uzanır. Onlar yaxşı bilirlər ki, Moskvanın diplomatik rıçaqları yoxdur.
"Rusiyaya yalnız hibrid addımlar atmaq yolu qalır. Putinlə Əliyev arasında telefon danışığından sonra yol açılmayanda dərhal məlumat yayıldı ki, ruslar Belarusdan Rusiyaya Azərbaycan yük maşınlarının girişinə qadağa qoyublar. Bax, bu, hibrid modeldir” -deyə erməni politoloq qeyd edib.
Xatırladaq ki, A.Kiviryandan fərqli olaraq bəzi erməni politoloqlar, o cümlədən Qrant-melik Şahnazaryan qeyri-reallıqdan çıxış edərək Rusiya tərəfinə "Şuşa-Xankəndi yolunu zor gücünə açmağı" təklif edirlər...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
9-11-2021, 11:12
Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib
25-01-2024, 15:15
Fındığın qiyməti BAHALAŞDI
11-02-2026, 15:51
Azərbaycan ABŞ-dən dronlar, raketlər, mərmilər ala biləcək
1-04-2022, 12:17
Azərbaycanda 1400-ə yaxın autizm sindromlu uşaq var
25-01-2022, 19:38
Rüstəm Qasemi: "Azərbaycanla İran arasındakı daşımalar yeni körpü ilə yeni səviyyəyə yüksələcək"
30-09-2021, 13:55
Ceyhun Bayramov: “Azərbaycan-Çexiya münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir”
17-08-2021, 12:40
Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər ifşa olunub
12-12-2024, 07:44
Tramp ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsinə Qrenelin namizədliyini irəli sürə bilər
7-06-2021, 14:46
İsveçrə Azərbaycana 12 milyon dollar ayıracaq
5-01-2022, 20:05
Almatı aeroportu etirazçılar tərəfindən ələ keçirilib


















