Tarix: 19-12-2022 | Saat: 11:54
Bölmə:Karusel | çapa göndər
Şəmkirdə mağazadan yarım milyon manata yaxın vəsait mənimsəyən qadın həbs edilib.
Şəmkir rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.
İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.
Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
Digər xəbərlər