Saytımızı qiymətləndirin


 
 

Qaribaşvili İlham Əliyevin səfərindən DANIŞDI
Tarix: 25-10-2022 | Saat: 15:07
Bölmə:Karusel | çapa göndər

Qaribaşvili İlham Əliyevin səfərindən DANIŞDI

"Cənubi Qafqazda dostluq və firavanlıq Azərbaycan və Gürcüstanın əsas məqsədidir".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter“ hesabındakı paylaşımında bildirib. 

 

“Prezident İlham Əliyevi qonaq etməkdən məmnunluq duyuram. Biz görüş zamanı Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını müzakirə etdik, gələcək hədəflər haqqında danışdıq”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib, daha sonra birlikdə mətbuata bəyanatla çıxış ediblər. Liderlər Azərbaycan və Gürcüstan arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini bildirərək, yeni hədəflərlə bağlı mühüm mesajlar veriblər.



Xəbəri paylaş

132 dəfə oxunub.

Digər xəbərlər