Saytımızı qiymətləndirin


 
 

Xilasedicilərimiz daha 2 nəfərin meyitini çıxardı
Tarix: 09-02-2023 | Saat: 10:38
Bölmə:Karusel | çapa göndər

 

Xilasedicilərimiz daha 2 nəfərin meyitini çıxardı

 

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 2 nəfərin meyitini çıxarıb.

 

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində binaların dağıntıları altında aşkarlanan şəxslərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

 

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 147 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər