Saytımızı qiymətləndirin


 
 

Zaxarovadan Baydenə tövsiyə - “Analitiklərini işdən çıxar”
Tarix: 16-02-2022 | Saat: 23:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zaxarovadan Baydenə tövsiyə

“ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyini proqnozlaşdıran analitiklərini işdən çıxarmalıdır”.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. 

“Hər şey necə də tanışdır. Hər dəfə bizimlə nəsə etmək istəyəndə bizə deyirlər ki, "biz dostuq, bizi düşmən görməyə ehtiyac yoxdur, fərqi yoxdur ki, biz tamamilə sizin maraqlarınıza uyğun davranmırıq. Lakin bu yalnız ilk baxışdan sizə elə gəlir. Biz sizi bunun əksinə inandıracağıq. Bu kart ilk dəfə deyil ki, oynanılır.

Məni başqa bir şey təəccübləndirdi - o, bəzi analitiklərə istinad etdi. Müharibəni rədd edən iki dövlət arasında müharibəni proqnozlaşdıran analitikləri işdən çıxarmaq lazımdır”, - deyə Zaxarova bildirib.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər
31-03-2022, 13:47 Hava proqnozu açıqlandı
3-03-2021, 09:56 Qarabağda yeni həyat