“Putinin Ermənistanda 4 min hərbçisi varsa, Ərdoğanın sərhəddə 40 min mehmetciyi dayanıb...”
Tarix: 19-12-2022 | Saat: 10:26
Bölmə:Karusel / Region | çapa göndər
1205 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-12-2022 | Saat: 10:26
Bölmə:Karusel / Region | çapa göndər

“Ona görə də, kimsə deyirsə ki, Rusiya Qarabağda “Osetiya variantı” işlədə bilər – hamısı nağıldır...”
“Rusiyanın qoşunu var ki, yeritsin, Qarabağa... Ermənistandakı bazadan söz gedirsə, orada, bildiyimə görə, cəmi 4 minə yaxın Rusiya hərbçisi var... İkincisi də, Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi hüquqi baxımdan da qüvvədədir... Və Gümrüdə Putinin 4 min hərbçisi varsa, Ərdoğanın da Ermənistanla sərhəddə 40 min mehmetciyi dayanıb. Onun qarşısında nə edə bilər Rusiya qoşunları?..”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri Etibar Məmmədov “Rusiya Laçın yolundakı gərginlikdən yararlanıb Azərbaycana qarşı “Osetiya variantı” tətbiq edə bilərmi” sualını cavablandırarkən söyləyib.
“Özü də bilirik ki, Rusiyanın həmin 102-ci bazasının, demək olar ki, heç bir yolla birbaşa quru əlaqəsi yoxdur. Bu bazanın yeganə yolu Zəngəzur dəhlizindən ola bilər. Yəni yalnız həmin dəhliz açılsa və dəmir yolu işə düşsə, oradakı Rusiya qoşunları bu yolla təchiz edilə bilər. Hazırda onların yolu yalnız Gürcüstandandır ki, o da xüsusən qış dövründə çox çətin və narahat yoldur... Ona görə də, kimsə deyirsə ki, Rusiya Qarabağda “Osetiya variantı” işlədə bilər – hamısı nağıldır... Hər şeydən əvvəl Azərbaycanın öz ordusu kifayət qədər təcrübəli, sayca Qarabağ və Ermənistandakı Rusiya kontingentlərindən çox və güclüdür... Və gərək olsa, Rusiya hərbçilərini də ram edə bilər...”- deyə açıqlamasının ardında istiqlalçı deputat vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
6-06-2023, 11:30
Nazir: Büdcədən Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün ayrılan vəsaitin artıq 60 faizi istifadə olunub
29-03-2022, 17:34
Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
24-01-2026, 11:43
Ukraynaya enerji infrastrukturu üçün 500 milyon dollar ayrılacaq
4-10-2021, 09:51
Zakir Həsənov Gürcüstana səfərə gedib
24-01-2023, 17:40
Tibb işçilərinin maaşına əlavənin müddəti UZADILDI
16-11-2025, 20:25
KİV: Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır
31-12-2020, 15:24
İlham Əliyev: "Kəlbəcərə yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək
18-10-2023, 11:31
Nazir səfirə Qarabağ ermənilərinin reinteqrasiyasından DANIŞDI
27-11-2024, 17:25
Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır














