Saytımızı qiymətləndirin


 
 

Vardanyan təşvişə düşdü: “Ciddi problemlər var, vəziyyət çox dinamik dəyişir”
Tarix: 17-12-2022 | Saat: 18:31
Bölmə:Karusel / Manşet | çapa göndər

Vardanyan təşvişə düşdü: “Ciddi problemlər var, vəziyyət çox dinamik dəyişir”

Moskvanın Xankəndiyə yolladığı “desantçı”sı Ruben Vardanyan elə bilirdi ki, hər şey istədiyi kimi olacaq və nə istəyir onu edəcək. Amma hər şey tərsinə oldu. Vardanyana artıq Azərbaycanın ona hazırladığı “soyuq duş” effektini yaşamaqdadır. Artıq özü də hansı problemə başının soxduğunun fərqində olduğunu da açıq etiraf etməkdədir. 

Qarabaginfo.az xəbər verir ki, Ruben Vardanyan öz Facebook səhifəsində Qarabağdakı ermənilərin hansı çətinliklər üzləşdiyini qeyd edib.

Onun bir neçə gündür ki, Xankəndidə mitinq cəhdi baş tutmur və bu da onu çox pis vəziyyətə salıb. Artıq ermənilər əvvəlki kimi separatçıların “yağlı vədlərinə” inanmır və onların arxasınca getmək istəmir. Ona görə də yaranmış vəziyyəti çox ciddi dəyərləndirən Vardanyan etirafda bulunaraq qeyd edib: “Bizim bu mitinqi 1990-cı illərin əvvəllərində olduğu kimi göstərməklə bağlı problemimiz var. Hakimiyyətlə xalq arasında səmimi ünsiyyət olmalıdır. Ona görə də uzun-uzadı müzakirələrdən sonra qərara gəldik ki, sabah Martakertə gedək, saat üçdə orada iclas keçirək, insanlarla ünsiyyətdə olaq, ertəsi gün Martuniyə, ertəsi gün Əsgərana gedək. Və yalnız bundan sonra Stepanakertdə (Xankəndi) mitinqin necə təşkil olunacağı bəlli olacaq.

Problemlər çoxdur, vəziyyət çox dinamik şəkildə dəyişir və istənilən addımda bütün vətəndaşların fikrinə güvənməyimiz vacibdir”.

Bu, Azərbaycan vətəndaş cəmiyyətinin Xankəndi-Laçın yolunda keçirdiyi aksiya onlara çox ciddi sarsıdıcı psixoloji zərbə vurduğunun göstəricisidir. Separatçılar dərk edirlər ki, yaxın gələcəkdə onları hansı acı aqibət gözləyir. Ona görə də “boğulan adam saman çöpündən yapışar” misalında olduğu kimi separatçılar sadə erməni əhalisini öz oyunlarına alət etməyə çalışsa da, artıq bu niyyətləri hər dəfəsində boşa çıxır və iflasa uğrayırlar. Oyunlara alət olan ermənilər üzləşdikləri fəlakətlərin səbəbkarı kimi də onları görür və ittiham edirlər. Odur ki, çaşqınlıq içində olan separatçılar nə edəcəklərini və üzləşdikləri çıxılmaz durumdan yol tapa bilmirlər. Əgər erməni əhalisi onların arxasında dursaydı, indiyədək səslərinə səs verərdi. Ona görə də məcbur edib, onların ayağına düşüb küçələrə çıxartmaq istəyir. Lakin bunun hansısa nəticə verəcəyini gözləmək artıq absurddur. Bu, bir daha separatçıların sonuna elə də çox qalmadığını göstərir.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər
6-01-2021, 09:59 Neftin qiyməti artıb