Saytımızı qiymətləndirin


 
 

Deputat: Uşaqlara qarşı cinsi istismar törədənlər axtalanmalıdır
Tarix: 15-12-2022 | Saat: 15:33
Bölmə:Karusel / Sosial | çapa göndər

Deputat: Uşaqlara qarşı cinsi istismar törədənlər axtalanmalıdır

“Bu gün inthar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının birinci səbəbi məişət zorakılığıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Baş Prokuror yanında İntihar Komissiyasının üzvüdür: “Uşaqların da intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar var. Bu hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.

Deputat erkən nikah probleminə də diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar qız uşaqları yoxdur. Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşuda bir-birinə baxırlar, qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər