Tarix: 09-01-2018 | Saat: 12:22
Bölmə:Karusel / Kriminal | çapa göndər
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataq ərazisində yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Bu səfalı rayon 2 aprel 1993-cü ildən təcavüzkar Ermənistanın işğalı altındadır. Həmin tarixdən sonra rayonun əhalisi ölkənin 44 rayon və şəhərində məskunlaşıb.
Erməni təcavüzünə məruz qalan Kəlbəcərdə 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb. 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunub.
"Qarabaginfo" "Modern.az" saytına istinadən hazırda düşmən işğalında olan Kəlbəcərin fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə Kəlbəcər muzeyinin direktoru Bərzani Əskərov şərh edib.
"İstisu" sanatoriyası, Kəlbəcərə gələnlərin ilk üz tutduğu ünvanlardan biridir. Bura yalnız azərbaycanlılar deyil, dünyanın bir yerindən gəlirdilər.
Kəlbəcər tuneli - uzunluğu 2 km olan tunel 35 kəndi rayon mərkəzi ilə birləşdirirdi.
Kəlbəcər Bazarı
Gəncəsər Alban məbədi, Vəng kəndində yerləşir
Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evi
Tutqu çayı üzərində körpü
Dünyada tayı bərabəri olmayan Kəlbəcər qayaları - rayonun alt hissəsində yerləşir
Kolataq kəndi
Zülfiqarlı kəndində olan İstisu
Löh qalası, Qanlıkənd kəndi
Xudavəng monastrı
Tarix Diyarşünaslıq müzeyi
Tutqu çayı
Tərtər çayı
Kəlbəcər şahmat məktəbi
Mədəniyyət evindən görüntü
Kəlbəcərdə qablaşdırılan "İstisu" mineral suyu
Kəlbəcərli uşaqların sevincli anları, səhv etmirəmsə 1 may qeyd olunur
İşğal olunmuş Kəlbəcərin sakinləri məcburi köçə məruz qalır
Bu isə illər sonra əzizlərininin məzarını ziyarətə gedən və ermənilər tərəfindən öz ata-baba torpaqlarında girov götürülən Dilqəm Əsgərovun fotosu. İllər sonra Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırır.
Digər xəbərlər