Tarix: 14-12-2022 | Saat: 17:37
Bölmə:Karusel / Region | çapa göndər
2021-ci il üzrə Rusiyaya borclu ölkələr arasında Belarus, Banqladeş və Hindistan lider olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dünya Bankının məlumatlarında deyilir.
Ümumilikdə dünyanın 38 ölkəsinin Rusiya Federasiyasına 26 milyard dollardan çox borcu var ki, bunun da təxminən üçdə biri Belarusun payına düşür.
2022-ci ildə Moskva Minskə daha 1,6 milyard dollar kredit verib, bu dəfə idxalın əvəzlənməsi sahəsində layihələr üçündür.
1990-cı illərin əvvəllərindən bəri Rusiya ilk dəfə ötən il İrana kredit ayırıb, lakin ötən ilin sonunda Belarus, Banqladeş və Hindistan Rusiya Federasiyasının ən böyük borclu ölkələri olublar.
Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə Belarus Rusiyaya olan borcunu 1,9% artıraraq 8,5 milyard dollara çatdırıb. Banqladeşin borcu artaraq 3,3 milyard dollardan 4,4 milyard dollara çatıb.
Hindistanın Rusiyaya borcu 3,3 milyard dollar olub ki, bu da 2020-ci ilin sonundakı göstəricidən 11,7% çoxdur.
2021-ci ildə borcunu 0,9% artıraraq 1,5 milyard dollara çatdıran Vyetnam dördüncü sıradadır. Yəmən isə 1,17 milyard dollar borcu ilə beşinci yerdədir.
2021-ci ildə Rusiyaya borcunu ən çox artıran ölkələr Özbəkistan (öhdəliklər 77% artaraq 254,7 milyon dollar olub), Misir (borc 63,7% artaraq 867,2 milyon dollar olub) və Pakistan (20,8% artaraq 86,7 milyon dollara olub) olub.
Dünya Bankının məlumatına görə, 1992-ci ildə İranın Rusiyaya 251 min dollar borcu var idi, lakin 2021-ci ilin sonuna kimi Rusiyaya 6 milyon dollar borcu olub.
Ümumilikdə ötən ilin sonuna dünyanın 38 ölkəsinin Rusiyaya borcu 26,54 milyard dollar olub. Qeyd edilir ki, 2021-ci ildə bu məbləğ 7,4% artıb. 12,06 milyard dollar Asiya, 10 milyard dollar Avropa, 3,05 milyard dollar Yaxın Şərq, 1,35 milyard dollar Afrika, 86,1 milyon dollar isə Latın Amerikası ölkələrinin payına düşüb.
2022-ci ildə Belarus Moskva qarşısında öhdəliklərini 1,5 milyard dollardan çox artırıb.(modern.az)
Digər xəbərlər