Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışıblar.
Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə başçıları Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsinə, eləcə də Transqafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpasına dair layihələrə xüsusi diqqət yetirilir.
"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Vladimir Putin və Nikol Paşinyan arasında dekabrın 9-da Bişkekdə baş tutan danışıqların davamı olaraq, Ali Avrasiya İqtisadi Şurasının iclasında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirələr davam etdirilib", - , Kremlin mətbuat xidməti məlumat yayıb.