Saytımızı qiymətləndirin


 
 

Misir Qasımlıdan Ukraynadakı səfirimizə ağır ittiham: “Məni satdı”
Tarix: 10-12-2022 | Saat: 11:47
Bölmə:Karusel / Region | çapa göndər

Misir Qasımlıdan Ukraynadakı səfirimizə ağır ittiham: “Məni satdı”

Ukraynada həbs edilən Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı barəsində çıxarılan məhkəmə hökmü ilə razılaşmır.

Qarabağ qazisi 8 il müddətinə azadlıqdan məhrum edilməsini özünə qarşı ədalətsizlik kimi qiymətləndirib.

Qarabaginfo.az xəbər verir ki, Misir Qasımlı vəkili Valeri Dobronitsa vasitəsilə Yenisabah.az-a açıqlamasında günahsız olduğunu iddia edib. O, ağır cəzaya məhkum olunmasına görə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanı günahlandırıb:

“Ukraynadakı səfirliyimiz hüquqlarımın müdafiəsi istiqamətində heç bir addım atmadı. Başda Elmira xanım olmaqla diplomatlarımız məni müdafiə etmədilər. Səfir məni satdı. Səfirin müşaviri Sabir Rzayev telefonlarımızı açmır. O, məhkəməyə belə gəlmir, bütün qanunsuzluqlara göz yumur. Mənim haqqımda şayiə yazanların hamısı Elmira Axudovanın adamlarıdır və onun sifarişlərini yerinə yetirirlər. O, öz vəzifəsini itirməkdən qorxduğu üçün yalanlar uydurur. Mənim əlimdə video, şəkil, sənədlər  var, amma səfirliyin qapısı üzümüzə bağlıdır. Anam, bacım səfirliyə gedəndə onları qovurlar. Biz işi appellasiyaya vermişik, hətta vəkilim vasitəsilə Elmira Axundova və Sabir Rzayevdən şikayət etmişəm. Bizə kömək edən yalnız diaspordan Hikmət Cavaddır. O, öz vəkili Anatoli Volkovu da bu işə cəlb edib və hər məhkəmədə diaspordan nümayəndə iştirak edir.  Amma səfirlikdən heç kim proseslərdə iştirak etmir”. 



Xəbəri paylaş

1151 dəfə oxunub.

Digər xəbərlər