Saytımızı qiymətləndirin


 
 

Taxıl razılaşması problemsiz icra edilir – Çavuşoğlu
Tarix: 07-12-2022 | Saat: 14:18
Bölmə:Karusel | çapa göndər

Taxıl razılaşması problemsiz icra edilir – Çavuşoğlu

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin də iştirakı ilə imzalanan taxıl anlaşmasından danışıb.

 

Qarabaginfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bu mövzuya Ankarada səfərdə olan Rumıniyanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niko Popesko ilə keçirdiyi birgə mətbuat konfransında toxunub.

 

“Türkiyənin vasitəçiliyinin davam etməsi və ikitərəfli münasibətlərlə bağlı təmaslarımız davam edir. Hazırda taxılla bağlı razılaşma problemsiz şəkildə yerinə yetirilir. Rusiya ilə sadəcə Ukrayna məsələsində yox, Liviya məsələsində, eləcə də regional mövzularda müzakirələrimiz davam edir. Suriya mövzusunda da üçtərəfli Astana formatında işlər görülür”, - deyə nazir vurğulayıb.

 

Çavuşoğlu qeyd edib ki, həftə sonuna doğru Rusiya XİN başçısının müavini Verşinin Türkiyəyə səfər edəcək.



Xəbəri paylaş

122 dəfə oxunub.

Digər xəbərlər