Tarix: 06-12-2022 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabaqinfo.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
İnzibati Xətalar Məcəlləsinə digər dəyişikliyə əsasən isə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda, yəni 50 min manatadək məbləğdə törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin 40 faizindən 60 faizinədək məbləğdə cərimə ediləcək.
Fərmana əsasən, həmin cinayət işləri üzrə ibtidai istintaq bu işi başlamış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.APA
Digər xəbərlər