Saytımızı qiymətləndirin


 
 

Erməni Apostol Kilsəsi Xankəndidə qanunsuz nümayəndəlik AÇDI
Tarix: 03-10-2022 | Saat: 11:01
Bölmə:Karusel | çapa göndər

Erməni Apostol Kilsəsi Xankəndidə qanunsuz nümayəndəlik AÇDI

Erməni Apostol Kilsəsi Azərbaycanın Xankəndi şəhərində - separatçıların nəzarətində olan ərazidə qanunsuz olaraq nümayəndəlik açıb.

Qarabaginfo.az xəbər verir ki, “Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyası” adlı dini qurum Rusiyadan Qarabağa köçmüş erməni milyarder Ruben Vardanyanın himayəsilə fəaliyyətə başlayıb.

Açılış mərasimində “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin təsisçisi kimi təqdim olunan Ruben Vardanyan şəxsən iştirak edib. Vardanyan bu barədə məlumatı özünün sosial şəbəkə hesabında da paylaşıb.

“Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyası”nın “rəhbəri” yepiskop Vrtanes Abramyan təyin edilib.

“Biz Vrtanes Abramyanla mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsillərə ötürülməsində kilsənin mühüm rolundan danışdıq. Müasir dünyada bəşəriyyət də şəxsiyyət böhranı yaşayır. Və bu reallıqlar və çağırışlar kilsəmiz sayəsində davamlı olan mənəvi və əxlaqi dəyərlər ətrafında birləşməyi daha da vacib edir”,-deyə R.Vardanyan qeyd edib.

Qeyd edək ki, kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsus rol oynayıb. Erməni kilsəsi tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub.
 

Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir - Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.

Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir. Bəzi məlumatlara görə, Eçmiədzindəki katolikosla Kilikiyada katalikos arasında ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur.

Bunlardan əlavə, erməni kilsəsinin daha iki muxtar patriarxatı da mövcuddur ki, bunlar İstanbul və Qüdsdə yerləşir. 

Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Qeyd edək ki, "erməni dövləti" fikirini ortaya atanlar məhz erməni kilsəsi və erməni ruhanilər olub.

Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırlar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir. Kilsə xadimlərinin səyi nəticəsində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılıb. 

Bir çox erməni kilsə xadimləri ermənilərin terror fəaliyyətini qınamaq əvəzinə, ona bəraət qazandırır.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər