Tarix: 07-02-2022 | Saat: 07:47
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı ilə görüşəcək.
Qarabaginfo.az TASS agentiyinə istinadən xəbər verir ki, Rusiya-Fransa sammiti çərçivəsində baş tutacaq görüşdə bir çox mövzular olacaq.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əsas mövzu Rusiyanın təhlükəsizlik məsələsidir.
Kremlin sözçüsü liderlərin Rusiya tərəfinin çox vacib hesab etdiyi ikitərəfli münasibətlərlə bağlı fikir söyləyəcəklərini deyib.
Fransa Prezidenti Emmanuel Makron Moskva görüşündən sonra çərşənbə axşamı Kiyevə gedəcək.
Moskva görüşündən əvvəl isə Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə Makron arasında telefon danışığı olub. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Bayden və Makron Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər.
Onlar Ukrayna da daxil olmaqla müttəfiqləri və tərəfdaşları ilə əlaqə saxlamaq və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Digər xəbərlər