Saytımızı qiymətləndirin


 
 

Xanım deputata ağır itki - həyat yoldaşı vəfat etdi - FOTOLAR
Tarix: 04-12-2022 | Saat: 23:33
Bölmə:Karusel / Manşet | çapa göndər

Xanım deputata ağır itki - həyat yoldaşı vəfat etdi - FOTOLAR

Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.
Qarabaginfo.az xəbər verir ki, xanım deputatın həyat yoldaşı vəfat edib.
Bu barədə Jalə Əliyeva sosial şəbəkədə məlumat yayıb.
“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik... Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, taleh çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, - deyə deputat ailəsinə üz verən ağır itki barədə yazıb.

 



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər