Nazirlik: Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair mövqeyi ilə həmrəydir
Tarix: 04-12-2022 | Saat: 18:10
Bölmə:Karusel / Manşet | çapa göndər
1211 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-12-2022 | Saat: 18:10
Bölmə:Karusel / Manşet | çapa göndər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.
Energetika Nazirliyindən verilən xəbərə görə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır.
Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır.
“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-10-2025, 11:58
Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
14-08-2020, 12:04
Rusiyada koronavirusa yoluxanların sayı 912 mini ötdü
30-12-2025, 13:08
Rəsmi Moskva: Ukraynanın Putinin iqamətgahına hücumuna cavabımız diplomatik olmayacaq
25-04-2022, 16:52
ABŞ-ın Ermənistandakı səfiri Bakıya gəlir
26-02-2024, 09:54
Azərbaycanın Çindəki səfirliyində Xocalı soyqırımı anılıb - FOTO
27-11-2025, 16:33
Azərbaycanda qızıl çıxaran Britaniya şirkəti satışa çıxarılır
31-07-2025, 10:00
Rusiya ordusu Çasov Yar şəhərini ələ keçirib
16-08-2023, 12:44
Bu il kafe və restoranlara nə qədər pul xərcləmişik?
20-08-2024, 16:43
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

















