Tarix: 25-04-2022 | Saat: 16:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Bakıya səfərə gələcək.
Qarabaginfo.az xəbər verir ki, səfərdə məqsəd aprelin 27-28-də Bakıda keçiriləcək missiya rəhbərlərinin konfransında iştirak etməkdir.
Konfransda onunla yanaşı ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.
Qeyd edək ki, bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Sonuncu konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi evsahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVİD-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.
Digər xəbərlər