Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan Qarabaginfo.az-a verilən məlumata görə, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus “Wine House” şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb. Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik “Absolut Vodka”, 2 ədəd 0,7 ml-lik “Neft Vodka”, 3 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Delikat”, 1 ədəd 1l-lik “Nemiroff Vodka Delikat”, 2 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Original”, 2 ədəd 1l-lik “Nemiroff Vodka Original”, 1 ədəd 0,5 ml-lik “Nemiroff Vodka Original” və 1 ədəd 1l-lik “Nemiroff Vodka Wheat” əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib. Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.