Saytımızı qiymətləndirin


 
 

Gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələri və “qısa siyahı”sı açıqlanıb
Tarix: 29-11-2022 | Saat: 16:33
Bölmə:Karusel | çapa göndər

TEAS Press Nəşriyyat evindən Qarabaginfo.az-a verilən məlumata görə, nəşriyyatın gənc yazıçılara dəstək məqsədilə təşkil etdiyi “Gənclərin roman müsabiqəsi”nin ikinci seçim mərhələsinin nəticələri müəyyənləşdirilib.

Münsiflər heyəti ikinci mərhələnin “Qısa siyahı”sını tərtib edib. İlk beşliyə daxil olan həmin əsərlər bunlardır (sıralama şərtidir):

 

  1. Abbaszadə Əfrail (“Mənguberdi”)
  2. Əşrəfov Əşrəf (“Gecənin ən qaranlıq anı”)
  3. Həmzəyev Seymur (“Nikolas Bonnet – Şərqə aparan hekayə”)
  4. İsmayılov Elay (“Günah kolleksioneri”)
  5. İsmayılov Pərvin (“Xanədan”)

 

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar:

 

– I yerin sahibinə 2000 (iki min) manat məbləğində pul mükafatı veriləcək, qalib müəllifin əsəri TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək.

 

– II yerin sahibinə 1500 (min beş yüz) manat məbləğində pul mükafatı veriləcək.

 

– III yerin sahibinə 1000 (min) manat məbləğində pul mükafatı veriləcək.

 

Müsabiqənin nəticələri 15 dekabr 2022-ci ildə təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.

 

TEAS Press Nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazarların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.



Xəbəri paylaş

145 dəfə oxunub.

Digər xəbərlər