Saytımızı qiymətləndirin


 
 

"Prius"u polislərin üstünə sürən sürücüyə hökm oxundu
Tarix: 25-10-2023 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hökmə əsasən, Rauf Qurbanov 9 il azadlıqdan məhrum edilib.

 

Dövlət ittihamçısı ona 10 il cəza istəyib.

 

Qeyd edək ki, bu il aprelin 28-də əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun Bakıda idarə etdiyi “Toyota Prius" markalı avtomobildə külli miqdarda narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər