Saytımızı qiymətləndirin


 
 

Ukraynada döyüşən əcnəbilər bu ölkələrdəndir - Rusiya siyahı AÇIQLADI
Tarix: 24-11-2022 | Saat: 17:56
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada döyüşən əcnəbilər bu ölkələrdəndir - Rusiya siyahı AÇIQLADI

Rusiya Federasiyasının İstintaq Komitəsi bəyan edib ki, Ukraynada 54 ölkədən olan muzdlular Kiyevin tərəfində döyüşür. Qeyd edilir ki, onlardan çoxunun Yaxın Şərqdəki münaqişələrdə döyüş təcrübəsi var.

Qarabaginfo.az xəbər verir ki, rusiyalı müstəntiqlərin məlumatına görə, muzdluların seçilməsi prosesinə Ukraynanın xaricdəki səfirliklərinin, eləcə də müxtəlif xarici dövlət qurumlarının və ictimai təşkilatların əməkdaşları cəlb olunub.


"Muzdluların bir qismi 2014-cü ildən bəri Donbasdakı silahlı münaqişədə iştirak edir, bir çoxunun Yaxın Şərq ölkələrindəki münaqişələrdə iştirak etmək üzrə döyüş təcrübəsi var. İstintaq araşdırmaları nəticəsində Ukraynada 54 ölkədən 1000-ə yaxın muzdulunun döyüşdüyü qeydə alınıb”, - məlumatda deyilir.

Bildirilib ki, Ukraynanı muzdlularla təmin etmək baxımından ən fəal ölkələr Böyük Britaniya, ABŞ, Kanada, İsrail, Fransa, İsveç, Gürcüstan, Finlandiya, Polşa və Litvadır.


Qeyd olunur ki, hələ 2016-cı ildə Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə əcnəbilərin Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətə qəbulu qanuniləşdirilib.

Rusiya Federasiyasının İstintaq Komitəsi müxtəlif ölkələrdən əcnəbi muzdluları cəlb edən “Ukraynanın Beynəlxalq Ərazi Müdafiəsi Legionu”nun yaradılmasına da diqqət yetirib.

"Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalamaqla əcnəbilər əməkhaqqı alırlar, onlar sadələşdirilmiş qaydada Ukrayna vətəndaşlığını almağa dəvət olunurlar. Bu tədbirlər Ukrayna Silahlı Qüvvələrinin sayını artırmaq və muzdluluğu leqallaşdırmaq məqsədilə həyata keçirilib. Bu hərəkətlər Kiyev rejiminin beynəlxalq hüquq çərçivəsində məsuliyyətdən yayınmaq istəyini nümayiş etdirir”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, rusiyalı müstəntiqlər qeyd edirlər ki, kollektiv Qərb Ukraynanın təhlükəsizlik məmurlarına təlim keçir.

"Xarici silahların idarə edilməsi, döyüş koordinasiyası, müxtəlif şəraitdə döyüşlər üzrə təlimat verən əcnəbi hərbi mütəxəssislər arasında ABŞ, Böyük Britaniya, Kanada, Gürcüstan, Rumıniya, Polşa, Litva və digər dövlətlərin nümayəndələri var.


Bundan əlavə, Ukraynanın silahlı birləşmələrində hərbi qulluqçulara ilkin tibbi yardım göstərməyi öyrədən Böyük Britaniya və İsveç vətəndaşlarının olması barədə məlumat əldə edilib”, - Rusiya Federasiyasının İstintaq Komitəsi qeyd edib.


Komitənin hesablamalarına görə, Ukraynaya silah tədarükü "ən azı 25 dövlət" tərəfindən həyata keçirilir ki, onlardan 21-i NATO üzvüdür.


Tədarük edilən silah və döyüş sursatlarına 122 mm MLRS mərmiləri, 125 mm tank mərmiləri, 120 mm və 60 mm minaatan sursatları, onlar üçün haubitsalar və mərmilər, qumbaraatanlar, PUA-lar, helikopterlər, tanklar, NLAW tank əleyhinə idarə olunan raket sistemləri, Javelin və digər digər avadanlıq daxildir.(Modern.az)



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər