Tarix: 24-11-2022 | Saat: 12:37
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 571 235,2 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 33,6% çoxdur.
Dövlət Statistika Komitəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 427 500,8 min manat olub.
Məlumata görə, hesabat dövründə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 624,7 min manat, sərnişin daşınmasından isə 31 610,5 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 33,2% və 41% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37 829,6 min ton, sərnişin daşımaları isə 78 647,1 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4% və 53% çoxdur.
Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.APA
Digər xəbərlər