Tarix: 01-02-2022 | Saat: 07:10
Bölmə:Karusel / Dünya | çapa göndər
Baş nazir bu gün Ukrayna Prezidenti Zelenski ilə danışıqlar aparmaq və Ukraynaya dəstək nümayişi üçün Kiyevə səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, Boris Conson prezident Vladimir Zelenski ilə Rusiyanın davam edən düşmənçilik fəaliyyətini müzakirə edəcək.
Baş nazir bildirib ki, özlərinin necə idarə olunacağını müəyyənləşdirmək hər bir ukraynalının hüququdur: "Bir dost və demokratik tərəfdaş kimi Böyük Britaniya, Ukraynanı məhv etməyə çalışanların qarşısında onun suverenliyini qorumağa davam edəcək. Biz Rusiyanı diplomatik həll yolu tapmaq və daha çox qan tökülməsinin qarşısını almaq üçün geri çəkilməyə və dialoqa getməyə çağırırıq”, - deyə baş nazir bildirib.
Bundan əlavə qeyd edilib ki, Böyük Britaniya Ukraynada sabit idarəçiliyi və enerji müstəqilliyini dəstəkləmək üçün 88 milyon funt sterlinqlik yardım elan edib.
Xatırladaq ki, Conson və Zelenksi sonuncu dəfə yanvarın 13-də danışıblar, Rusiyanın təcavüzünün qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirmək barəsində razılaşıblar.
Digər xəbərlər