"Formula 1"də yarış sayı artırıla bilər
Tarix: 23-03-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
1359 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-03-2022 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Formula 1" üzrə dünya çempionatında Qran-prilərin sayı artırıla bilər.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə yarışın rəhbəri Stefano Domenikali "Sky Sports"a açıqlama verib.
Funksioner bildirib ki, hazırda bir çox şəhər yarışa ev sahibliyi etmək istəyir: "ABŞ və Çindən başqa, Afrikada da "Formula 1" üçün böyük potensial var. Yarışın hazırkı Əsasnaməsi maksimum 24 Qran-pri təşkilinə icazə verir. Məncə, bu sayı 30-a çatdırmaq üçün imkanlar var. Önəmli olan lazımi balansı tapmaqdır. Bundan əlavə, bu il müqaviləsi başa çatacaq bəzi traslar növbəti təqvimdə olmayacaqlar".
Domenikali "Formula 1"də komanda sayının artırılması məsələsinin isə gündəmdə olmadığını söyləyib.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.
Xəbəri paylaş
Digər xəbərlər
30-04-2026, 16:38
Sabahdan bu avtomobillər İçərişəhərə buraxılmayacaq
8-08-2024, 12:51
Atasının qisasını alıb... - Mərdəkandakı qətlin təfərrüatı
19-07-2022, 15:38
XII Beynəlxalq Multikulturalizm Yay Məktəbi keçiriləcək
19-06-2025, 16:28
Türkiyəli nazir zəlzələ zamanı göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib
24-05-2022, 15:17
Bakıda polis əməliyyat keçirdi: 6 narkotacir saxlanıldı - FOTO
11-03-2025, 10:10
Ukrayna nümayəndə heyəti ABŞ-la danışıqlar üçün Ciddəyə səfər edib
28-10-2020, 16:00
Ermənistan Tərtəri yenidən atəşə tutub - Müdafiə Nazirliyi
5-07-2022, 06:40
İtaliyada fövqəladə vəziyyət elan edilib
27-09-2021, 13:42
Azərbaycan Prezidenti: “Minsk Qrupu II Qarabağ müharibəsindən sonra bizə hər hansı təklif verməyib”

















