Ana Sayfa > Karusel / Gündəm > "Formula 1"də yarış sayı artırıla bilər
"Formula 1"də yarış sayı artırıla bilər23-03-2022, 13:42. Yazar: Admin |
"Formula 1" üzrə dünya çempionatında Qran-prilərin sayı artırıla bilər. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə yarışın rəhbəri Stefano Domenikali "Sky Sports"a açıqlama verib. Funksioner bildirib ki, hazırda bir çox şəhər yarışa ev sahibliyi etmək istəyir: "ABŞ və Çindən başqa, Afrikada da "Formula 1" üçün böyük potensial var. Yarışın hazırkı Əsasnaməsi maksimum 24 Qran-pri təşkilinə icazə verir. Məncə, bu sayı 30-a çatdırmaq üçün imkanlar var. Önəmli olan lazımi balansı tapmaqdır. Bundan əlavə, bu il müqaviləsi başa çatacaq bəzi traslar növbəti təqvimdə olmayacaqlar". Domenikali "Formula 1"də komanda sayının artırılması məsələsinin isə gündəmdə olmadığını söyləyib. Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Geri dön |