Saytımızı qiymətləndirin


 
 

Lənkəranda məktəbli ölümcül döyüldü
Tarix: 21-11-2022 | Saat: 11:40
Bölmə:Karusel | çapa göndər

 

Lənkəranda məktəbli ölümcül döyüldü

 

Lənkəran rayonunda məktəbliyə ağır xəsarət yetirilib.

Qarabaginfo.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi 2006-cı il təvəllüdlü İ.Qulamov (şərti) ötən gün axşam saatlarında naməlum adamlar tərəfindən döyülərək Lənkəran Mərkəzi Xəstaxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Valideynlər bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər. Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub: “Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”.



Xəbəri paylaş

121 dəfə oxunub.

Digər xəbərlər