Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Putinlə mühüm məsələləri müzakirə edib
Tarix: 18-11-2022 | Saat: 12:58
Bölmə:Karusel | çapa göndər

İlham Əliyev Putinlə mühüm məsələləri müzakirə edib

“Bu ilin əvvəlindən Prezident Vladimir Vladimiroviç Putin ilə biz münasibətlərimizə yaxşı ton, yeni dinamika verdik və il ərzində dəfələrlə görüşdük”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı bildirib.

 

Prezident dünən Rusiya liderilə telefon danışığı aparıldığını xatırladıb:

 

"Dünən də ikitərəfli gündəliyə aid mühüm məsələlər barədə telefonla danışmaq imkanımız olub. Beləliklə, necə deyərlər, prezidentlər münasibətlərimizin bütün spektrini müəyyən edir. Əlbəttə, bütün müvafiq strukturlar da bu istiqamətdə fəaliyyət göstərir. Biz çox şadıq ki, qarşılıqlı ticarətin həcmi pandemiyadan əvvəlki səviyyəyə çatır və əminəm ki, bu dinamizm qorunub saxlanacaq. Ona görə ki, bu gün, o cümlədən sizin səfəriniz çərçivəsində müzakirələr qarşılıqlı ticarət potensialını artırmağa şərait yaradacaq".



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər