Saytımızı qiymətləndirin


 
 

Hava haqda son açıqlama: Bakıda külək, rayonlarda...
Tarix: 16-11-2022 | Saat: 12:44
Bölmə:Karusel | çapa göndər

Hava haqda son açıqlama: Bakıda külək, rayonlarda...

 


Sabah, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə Qarabaginfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaq.



Xəbəri paylaş

114 dəfə oxunub.

Digər xəbərlər