Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Sonra dövlətimizin başçısı şəhərin mənzərəsini seyr etdi.


Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təmsil edir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postament üzərində ucaldılıb. Postamentin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.