Saytımızı qiymətləndirin


 
 

ABŞ Rusiyanın Ermənistandakı şirkətinə sanksiya tətbiq etdi
Tarix: 15-11-2022 | Saat: 01:08
Bölmə:Karusel / Manşet | çapa göndər

ABŞ Rusiyanın Ermənistandakı şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyinin sanksiyaya məruz qoyduğu qurumla arasında Rusiyanın Ermınistanda mikroçiplər istehsal edən “Milur Electronics” MMC şirkəti də var.

Xatırladaq ki, bu gün tətbiq edilən sanksiyalar 14 fiziki şəxs və 28 qurumu əhatə edir.

Şirkət Rusiyanın elektronika istehsalı sektorunda çalışır.

Eyni zamanda ABŞ Maliyyə Nazirliyi Ermənistanda yerləşən "Milur Electronics" MMC, İsveçrənin "Milur SA" və Tayvanın "Sharp Edge Engineering Inc" şirkətlərini qara siyahıya salıb. Hər üç şirkətin "Milandr" ilə əlaqəli olduğu vurğulanır.

“Birləşmiş Ştatlar Kremlin hərbi təchizat zəncirlərini ifşa etməyə və pozmağa davam edəcək. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün lazım olan avadanlıq və texnologiyadan imtina etməlidir”, - deyə Maliyyə Naziri Canet Yellen bildirib.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər