Saytımızı qiymətləndirin


 
 

“Bizi Avropanın gələcəyi üçün böyük bir oyun gözləyir” –Polşanın Baş naziri
Tarix: 18-12-2024 | Saat: 08:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Dünya Ukraynanın mümkün məğlubiyyəti ilə bağlı spekulyasiya etməməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu gün Lvova səfəri çərçivəsində çıxışı zamanı deyib.

“Mən Qərb dünyasının bütün liderlərinə müraciət edirəm – biz hamımız Ukraynanı indi həmişəkindən daha çox dəstəkləməliyik”, – deyə, Tusk əlavə edib.

Baş nazir vurğulayıb ki, Ukrayna özünü uğurla müdafiə edir.

“Bizi Ukraynanın, Polşanın və Avropanın gələcəyi üçün böyük bir oyun gözləyir. Biz hamımız, istisnasız olaraq, indiki vaxtda Ukraynanı əvvəlkindən daha çox dəstəkləməliyik, hamımızın gözlədiyi sülh naminə. Biz bunu Ukraynadan daha çox bilirik”, – deyə, Tusk bildirib.

Polşa hökumətinin rəhbəri bildirib ki, indi bütün Qərbin öz gücünə inanması vaxtıdır: “Axı, Ukrayna və bütün dünya ədalətli sülhə, əraziyə və sərhədlərə hörmətə layiqdir”.

Qeyd edək ki, bu gün Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Polşanın Baş naziri Donald Tusk arasında görüş keçirilib. Görüşdə Polşanın Aİ-yə sədrliyi dövrü üçün birgə işlər və planlar müzakirə edilib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər