Saytımızı qiymətləndirin


 
 

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Tarix: 14-11-2022 | Saat: 11:42
Bölmə:Karusel | çapa göndər

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qarabaginfo.az-a verilən xəbərə görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram “marixuana”, 100 qram “tiryək” və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli “metadon-40” həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Xəbəri paylaş

146 dəfə oxunub.

Digər xəbərlər
29-01-2022, 00:23 Hacı Nuran evlənir - FOTO