Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün inşası üçün işçi qrupu formalaşdıracaq.
Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
O bildirib ki, hazırkı körpünün nəzarət-buraxılış qabiliyyəti artan yükdaşımalara uyğun gəlmir.
“İkinci körpünün inşası isə ikitərəfli iqtisadi münasibətləri stimullaşdıracaq”, – iranlı nazir vurğulayıb.