İranda koronavirusla bağlı rəsmi statistika açıqlanıb.
"Qarabaginfo" xəbər verir ki, bu barədə məlumatı IRNA agentliyi yayıb.
Bildirilib ki, ölkənin 9 - Tehran, Qum, Gilan, Mazandaran, Simnan, Əlborz, İsfahan, Mərkəzi və Həmədan əyalətlərində koronavirusa yoluxma halı təsdiqlənib. Ümumilikdə 61 nəfərə koronavirus diaqnozu qoyulub. Bunlardan 12-si ölüb, 3-ü isə sağalıb.
"Report.az"