Saytımızı qiymətləndirin


 
 

İranın Qarabağdan narkotranzit kimi istifadəsi ilə bağlı yeni görüntülər üzə çıxdı - Video
Tarix: 13-11-2022 | Saat: 19:01
Bölmə:Karusel / Manşet | çapa göndər

İranın Qarabağdan narkotranzit kimi istifadəsi ilə bağlı yeni görüntülər üzə çıxdı - Video

Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, "Report" bununla bağlı yeni videogörüntülər əldə edib.

Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar üzə çıxıb.

Qeyd edək ki, iki il əvvəl Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanmışdı. Cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi.

Ümumilikdə isə Qarabağın 30 illik işğalı dövründə Azərbaycan tərəfindən dəfələrlə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstələr ələ keçirilib.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər